Apikal Rezeksiya (iltihabi kök ucunun götürülməsi)

apikal-rezeksiya

Apikal Rezeksiya, kök ucu rezeksiyası; dişin kökünün və ətrafındakı əlaqəli iltihabi və ya patoloji toxumanın çıxardılması əməliyyatıdır. Bu əməliyyat dişin ucundakı iltihab və infeksiyanın kök kanal müalicəsi və ya bu müalicənin təkrarına baxmayaraq sağalmaması ya da əlaqəli xroniki patologiyanın olduğu halda diş və ətrafında sağlam toxuma formalaşdırmaq üçün aparılır.

Müasir diş həkimliyinin əsas məqsədi diş itirilmələrinin qarşısını almaqdır. Artıq diş həkimləri təbii dişləri saxlamaq üçün əllərindən gələn səyi göstərirlər. Çünki tək bir diş itkisi belə ümumi diş sağlamlığına və görünüşdə mənfi dəyişikliklərə səbəb olmaqdadır. Ortalama 30-90 dəq. vaxt aparan bir əməliyyat olan zirvə rezeksiyasından öncə həkimin də göstərişi ilə antimikrob ağız qar-qaraları, iltihab əleyhinə və ya antibiotik istifadəsi təyin oluna bilər.

Cərrahiyə

  • Əməliyyat aparılacaq dişin kök ucunun üzərindəki sümüyə və kök ucuna müdaxilə edə bilmək üçün dişəti kəsilərək, problemli sahənin üzərindən uzaqlaşdırılır. Açığa çıxan kök ucu kəsilir və bütün iltihabi ətraf toxumalar təmizlənir.
  • Kök kanalın ucu bağlanır. Dişəti yerinə qaytarılır və tikilir.
  • Bir neçə aydan sonra kökün ətrafındakı sümük sağalır və bütün əlamətlər aradan qalxır.
Paylaş:
AzerbaijanUSARussia