Ağıl dişi çəkimi

agil-disi-cekimi-1

Ağıl dişləri ümumiyyətlə, 15-20 yaşlar arasında çıxmağa başlayırlar. Ancaq çənədə bu dişlər üçün kifayət qədər yer olmadığı zaman çıxa bilmir, dişəti altında və çənə sümüyü içərisində qalırlar. Özünə yer tapa bilməyən 20 yaş dişləri öndəki dişi itələyərək təzyiq edir ki, bu da diş sırası qüsuruna səbəb olur. Çox arxada olmaları və ətrafındakı diş ətinin normal anatomik quruluşa sahib olmamasından asanlıqla çürüyə və abses əmələ gətirə bilər.

Ağıl dişlərinin çəkilməsi lazım olan vəziyyətlər

  1. a) Karies: 20 yaş dişləri yerləşmə baxımından arxada olduğu və əksər hallarda düzgün istiqamətdə çıxa bilmədikləri üçün qulluq və təmizliyi daha çətin, buna görə də çürüməsi daha asandır. Dişlərin arxada olması çürümüş dişin müalicəsini də çətinləşdirir. Həmçinin digər dişlərdən daha çox dəyişik kök quruluşları olduğuna görə çox vaxt kanal müalicəsi də aparıla bilmir.
  2. b) İkinci böyük azı dişinə təsiri:Ağıl dişləri çox vaxt düzgün istiqamətdə çıxmadıqları üçün ətrafında qida toplantıları və ya yanındakı molyar dişə göstərdiyi təzyiqlə qonşu dişdə toxuma itkisi və kariesə səbəb olur. Bu cür zərər verə biləcək ağıl dişlərinin də çəkilməsi lazımdır.
  3. c) Perikoronit:  Ağıl dişləri yarımçıq çıxdığı hallarda üzərindəki dişəti ilə arasında yığılan bakteriyalar dişəti iltihabına səbəb ola bilər. Bu halda üzdə şişmə, ağız açmada çətinlik, ağrı, ağız qoxusu, limfa toxumalarında şişkinlik və hərarət müşahidə oluna bilər.
  4. d) Dişlərdə əyrilik: Ağıl dişləri düzgün istiqamətdə çıxa bilmədikdə, çıxma müddətində dişlərə göstərdiyi təzyiqə görə digər dişlərdə laxlamalara səbəb ola bilir və diş sırasında əyriliyə rast gəlinir.
  5. e) Ağrı:Ağıl dişləri normal istiqamətdə çıxa bilmədikdə yan dişlərə göstərdiyi təzyiq nəticəsində ağrıya səbəb ola bilir.
  6. f) Kista əmələ gəlməsi: Ağıl dişləri tam və ya yarım retension olduğu hallarda bəzi xəstələrdə kista əmələ gəlməsinə səbəb ola bilir. Bu vəziyyət müayinə əsnasında həkiminizin çəkəcəyi panoramik rentgenlə təyin edilə bilməkdədir.
  7. g) Yanaq dişləmə: Çox tez-tez rastlanılmasa da ağıl dişləri ümumiyyətlə normal istiqamətdə çıxa bilmədiklərindən xəstələrdə yanaq dişləmə və mukozada yaralanma şikayətlərinə səbəb ola bilir. Belə vəziyyətlərdə də 20 yaş dişlərinin funksiya daşımadıqları üçün çəkilməsi məsləhətdir.
Paylaş:
AzerbaijanUSARussia