Cərrahiyə

cerrahiye

Çənə cərrahiyyəsinə kistalar, şişlər kimi patologiyalarla bərabər, diş və çənə sınıqları, retension dişlərin çıxarılması və ağızın sərt və yumşaq toxumalarında edilən düzəlişlər daxildir. Son illərdə diş həkimliyində tez-tez istifadə olunan implantların çənəyə yerləşdirilməsi, implant üçün kifayət qədər sümüyün olmadığı vəziyyətlərdə sümük greftlərin qoyulması kimi irəli implant cərrahiyyəsi tətbiqləri də mövcuddur.

Çənə cərrahiyəsinin iş sahəsinə daxil olan digər bir mövzu isə anadangəlmə və ya sonradan yaranan üz-çənə anomaliyalarıdır. Bunlar arasında tez-tez rast gəlinən dodaq-damaq yarıqları, alt və ya üst çənənin irəlidə və ya geridə olması ilə əlaqədar çeynəmə funksiyasının və estetik görünüşün pozulmasından yaranan hallardır.

Paylaş:
AzerbaijanUSARussia