Diş Ağartma (Bleaching)

Diş ağartma dişlərdə əmələ gələn rəng dəyişmələrini ağartma əməliyyatıdır. İki müxtəlif ağardıcı metoddan istifadə olunur. Bunlardan biri xəstənin özünün tətbiq etdiyi üsul (Home Bleaching), digəri isə həkimin klinikada tətbiq etdiyi üsuldur (Office Bleaching).

Xəstənin özünün tətbiq etdiyi prosedur:

Həkiminiz ağzınızdan ölçü götürüb, dişlərinizin üzərinə taxa biləcəyiniz incə rezin nümunələri hazırlatması, xəstənin özü üçün hazırlanmış xüsusi qəlibin içərisinə dərman yerləşdirərək bu qəlibi ağardılacaq dişlərin üstünə gündə ən az 6 – 8 saat taxması (yuxu zamanı məsləhətdir), müalicənin orta hesabla 1 – 4 həftə içində sonlandırılması.

Həkimin klinikada tətbiq etdiyi prosedur:

Ağardıcı dərman həkim tərəfindən diş üzərinə çəkilir. Həmin dişin üzərinə müəyyən bir müddət ağ rəngli işıq qaynağı tutulur. Prosedur bitdiyində nəticə dərhal müşahidə edilir.

Hər iki üsulun da effektiv olmasına baxmayaraq, seçim, rənglənmə dərəcəsi, müalicənin tez sonlandırma istəyi həkimin istəyinə bağlıdır.

Paylaş:
AzerbaijanUSARussia