Dişlər ağardıldıqdan sonra əvvəlki halına qayıda bilərmi?

Dişlər hər zaman üçün əvvəlkindən daha ağ olacaq. Ancaq, xəstələrin vərdiş və ağız baxımına bağlı olaraq ildə bir – iki dəfə dəstək müalicəsi lazım ola bilər. Normal şərtlərdə fərqli üsullarla ağardılan dişlər bir neçə il ağ qalır. Lakin bu müddət fərddən fərdə dəyişir. Yemə-içmə vərdişləri, siqaret və fırçalama vərdişi dişlərin ağ qalma müddətinə təsir edər.

Ancaq bleaching hər zaman istədiyiniz ağlığı təmin etməyə bilər. Ağarma nisbəti dişlərinizin ağartma əməliyyatı tətbiq edilməmişdən qabaqkı tonuna bağlıdır və fərdə görə dəyişir. Buna görə diş həkiminiz ilə istəklərinizi əvvəldən danışmalısınız.

Yaşlandıqca dişlərinin rəngi də zamanla tündləşir. Bu tündləşmə diş minalarının mineral quruluşundakı dəyişmədən qaynaqlanır. Bundan başqa dişlər, bakteriya piqmentləri və tütün istifadəsindən qaynaqlanan rənglənmələrə də məruz qala bilər. Gənc yaşlarda ağ dişlər estetik görünüş baxımından çox arzu olunandır. Ancaq bunu qeyd etməliyik ki, şişirdilmiş bir ağlıq əksər hallarda estetik olmaya bilər. Hər zaman üz və ağız quruluşunuza uyğun olan təbii ton daha estetiktir.

Paylaş:
AzerbaijanUSARussia