Dişlərdə istənilməyən rənglərin meydana gəlməsinə səbəb nədir?

Dişin quruluşu ilə bərabər, başqa bir çox səbəblər dişlərdə rənglərin əmələ gəlməsinə səbəb ola bilir. Bunlardan geniş yayılanı – yaşlılıq, dişləri boyayan maddələrin (qəhvə, çay, kola, siqaret və s.) qəbulu, zədələr, köhnə protezler, qapaqlar, plomblardır. Dişlərin formalaşdığı müddətdə antibiotikdən istifadə və ya həddindən artıq florid qəbulu da dişlərdə rənglənmələrə yol aça bilər.

Aparılan araşdırmalara görə dişlərin diş həkiminizin nəzarəti altında ağardılması son dərəcə təsirli və etibarlıdır. Dişlər və diş ətləri heç bir şəkildə zərər görməz.

Ümumiyyətlə, ilk tətbiq edildiyi andan ağarma başlayır. Ancaq, ideal görünüşə çatmaq üçün prosedurun 10 – 14 gün davam etməsi lazımdır.

Paylaş:
AzerbaijanUSARussia