Gülüş

Dişlərdəki rəng və forma dəyişiklikləri fərddə psixoloji narahatlıqlara səbəb ola bilər. Diş həkimliyində estetik və restavrasion maddələrin inkişafıyla bir çox şəkil, rəng və yer pozğunluqları rahatlıqla aradan qaldırılır. Gülüşün formalaşdırılması burada çox əhəmiyyətli bir funksiyadır. Gülüşün formalaşdırılması həkimlik və sənətin birlikdə tətbiq olunaraq, sizə aid ideal gülüşü yeniləməkdir. Sizin bəzi fərdi istəkləriniz ilə sağlamlıq və təbiiliyi də birləşdirərək sağlam bir gülüşü planlayırıq.

Sizə yaraşan estetik gülüş ifadəsini təyin edən digər faktorlar: üz cizgiləri, cinsiyyətiniz, yaşınız, gülüş simmetriyası, dişlərinizin sıralanması və rəngləri, dodaqlarınız, diş ətləri.

Gülüşün formalaşmasına ilk öncə üz cizgilərinizin hansı həndəsi şəklə uyğun gəldiyi təsbit edilərək başlanır. İnsanın üzündəki cizgilər dişin hansı formada seçilməsini göstərir. Kişi və qadın anatomiyası bir-birindən fərqlidir. Kişilərdə üz xəttləri daha kəskin və diqqətə çarpandır. Alın, burun, çənə ucu nisbəti qadın üzüylə müqayisədə fərqlidir. Qadınlarda keçidlər daha yumşaq, burun və qaş yerləri daha incədir. Dişlərdə də eyni paralellik var.

Paylaş:
AzerbaijanUSARussia