İki və ya daha artıq diş əskikliyi zamanı İmplant

Diş itirilməsi əsasən azı dişlərinin itkisi ilə başlayır və davam edir. Arxa-arxaya iki və ya üç azı dişinin itirilməsi zamanı ən arxada sağlam bir diş qalmadığı halda və ya ən arxada sağlam bir diş qalsa da onun qarşısında uzun bir dişsiz sahə olduğu zaman ənənəvi körpü protezinin tətbiqi qeyri-mümkün hala gəlir. Belə hallarda əsas üsul ənənəvi taxıb çıxarılan və çox vaxt qarmaqla öndəki dişlərə birləşən bügel protez tipidir. Bügel protezlerde protezin taxıb çıxarılan olması, protez altında sümük itkisinin davam etməsi, funksional baxımdan çətinliklər və estetik görünüş də dezavantaj təşkil edir. Bu tip vəziyyətlərdə implant dəstəyi ilə sabit və estetik bir dişə sahib ola bilmək mümkündür. Məsələn arxa bölgədə üç azı dişinin itirilməsi zamanı arxa bölgəyə qoyulacaq 2 implant və onun üzərinə gələcək 3 dişlik körpü uğurlu bir müalicə üsuludur.

Soldakı şəkildə arxa bölgədəki 3 azı dişinin əskikliyində ənənəvi bügel protezin, sağdakı şəkildə isə implant dişlərin tətbiqi təsvir edilib.

Paylaş:
AzerbaijanUSARussia