İmplant müalicəsinin mərhələləri

  • Müayinə və planlaşdırma

İmplant dərman və ya insulin nəzarəti altında olmayan diabet kimi bəzi sistemik xəstəlikləri olanlar xaric, hər kəsə tətbiq oluna bilər. İmplantlar titandan hazırlandığı üçün toxuma ilə rahat təmasa girər və hər hansı bir allergik və qeyri-toksik narahatlığa səbəb olmazlar. Mürəkkəb kompleks hallarda üç ölçülü tomoqrafiya alınaraq planlaşdırma həyata keçirilir.

  • İmplantın yerləşdirilməsi

İmplantlar da digər diş müalicələri kimi lokal anesteziya ilə tətbiq edilir. Lakin bəzi hallarda çənə sümüyünün kifayət etmədiyi zaman və greft adlandırdığımız sümük tozu istifadə edilərək yeni sümük hazırlanmasının zəruri olduğu uzun əməliyyatlarda və ya həddindən artıq stressli xəstələrdə yatırdaraq rahat bir şəkildə əməliyyat etmək mümkün olur. İmplantların yerləşdirilməsi zamanı hər hansı bir ağrı və ya başqa bir problem hiss edilmir.

  • Protezlərin hazırlanması

Əməliyyatdan sonra implantın sümüklə birləşməsi üçün bir müddət gözləmək lazımdır. Bu müddət üst çənə üçün 2 ay, alt çənə üçün isə 1 aydır. Əməliyyatdan sonra protezler hazırlanana qədər müvəqqəti protezler istifadə edilir. Sümüyün keyfiyyətinin və çənədəki yerin kifayət qədər olduğu və implantın diametrinin, boyunun və sayının artırıldığı hallarda implant üstü körpü və ya protezler implant qoyulduğu gün və ya bir neçə gün içərisində də hazırlana bilər.

Paylaş:
AzerbaijanUSARussia