İmplant yerləşdirildiyi gün sabit dişlərə sahib ola bilirikmi?

Bəzi vəziyyətlərdə implant yerləşdirildiyi gün gün ərzində müvəqqəti protezlər istifadə edilərkən, bəzən də sağalma müddətində heç bir əlavə vasitədən istifadə etmirik ki, bu müddət üst çənədə ortalama 2 ay, alt çənədə isə 1 aydır. Sürətli müalicə – yəni implantlar edilər edilməz eyni gün müvəqqəti bir dişə sahib olmaq, yəni klinikaya dişsiz gəlib, müvəqqəti dişlərlə çıxmaq diş itkiləri olan xəstələr üçün böyük bir rahatlıq və özünə inam təmin etməkdədir. Bu müalicə diş əskiklikləri olanlarda və tam dişsizlərdə həkim tərəfindən ətraflı müayinə nəticəsində qərar verilən bir üsuldur. Sürətli müalicənin müvəffəqiyyəti nəşr olunmuş elmi məqalələrə görə ənənəvi üsulla müalicəyə olduqca yaxındır. Tam dişsizlikdə sürətli müalicə tətbiq olunacaqsa, ümumilikdə implant sayının artırılması lazım ola bilər.

Paylaş:
AzerbaijanUSARussia