İmplantologiya

implantologiya

İmplant, çəkilən dişlərin yerinə onların funksiyasını və estetikasını təkrar təmin etmək məqsədilə çənə sümüyünə yerləşdirilən titan diş kökləridir. İmplantlar bir və ya bir neçə diş olmadığı zaman və hətta tam dişsizlik vəziyyətlərində də müvəffəqiyyətlə istifadə edilə bilər. İmplant təbii dişlərin funksiya və estetikasını təmin edən ən yaxşı alternativdir. Diş itirilməsi ilə ortaya çıxan əhəmiyyətli problemlərdən biri olan çənə sümüyündəki ərimənin dayandırılması bu gün ancaq implantlar sayəsində mümkündür. İmplantlar ənənəvi qapaqlar və protezlərə görə daha yaxşı danışıq və çeynəmə funksiyası təmin etməklə bərabər, üzünüzə təbii bir görünüş verir, danışmağınızı düzəldir, özünüzə güvəninizi artırır və daha xoşbəxt bir sosial yaşam təmin edir.

Paylaş:
AzerbaijanUSARussia