Müalicə

Periodontal xəstəliklər, mütəxəssis həkimlər tərəfindən müalicə vasitəsilə böyük ölçüdə qarşısı alınaraq nəzarət edilə bilir. Əhəmiyyətli olan ünsürlərdən biri digər xəstəliklərdə olduğu kimi müalicəyə erkən başlamanmasıdır. Digər əhəmiyyətli məqam isə periodontologiya mütəxəssisi tərəfindən xəstəyə diş və diş ətlərinin əsaslı şəkildə təmizlənməsinə dair maarifləndirmənin aparılmasıdır. Beləliklə geri qazanılmış sağlamlığa nəzarət edilmiş olur.

Unudulmamalıdır ki, diş əti xəstəlikləri öz-özünə və ya həkim məsləhəti olmadan qəbul edilən dərmanlar (antibiotik, qarqara, vitaminlər) vasitəsilə sağalmaz. Mütləq diş əti mütəxəssisi tərəfindən müayinə edilməlidir.

Diş əti xəstəliyinin erkən dövrlərində xüsusi dental alətlərdən istifadə edilərək diş daşları və ərp təbəqələri diş ətlərindən uzaqlaşdırılır. Bu təmizliklə yanaşı kök səthi düzləşdirilməsi (küretaj) əməliyyatı da edilə bilər. Diş əti müalicəsinin başlanğıc mərhələsində diş əti kənarlarına uyğunluğu olmayan və ya forması doğru olmayan protezlər varsa düzəldilir, çürümüş dişlər müalicə edilir, düzgün olunmamış plomblar restavrasiya edilir, çəkilməli dişlər çəkilir. Bu müdaxilələrlə diş və diş ətlərində bakteriyaların çoxalmasına şərait yaradan faktorlar ortadan qaldırılır.

Daha irəliləmiş mərhələlərdə isə cərrahi müdaxilə lazım ola bilər. Cərrahi müdaxilə ilə diş ətlərinin dərin ciblərindəki diş daşları və xəstə toxumalar təmizlənir, kök səthi düzləşdirilir və diş ətləri asanlıqla təmizlənə biləcək vəziyyətə gətirilir.

Paylaş:
AzerbaijanUSARussia