Müalicə

Müalicə

Periodontal xəstəliklər, mütəxəssis həkimlər tərəfindən müalicə vasitəsilə böyük ölçüdə qarşısı alınaraq nəzarət edilə bilir.

Gülüş

Dişlərdəki rəng və forma dəyişiklikləri fərddə psixoloji narahatlıqlara səbəb ola bilər. Diş həkimliyində estetik və restavrasion maddələrin inkişafıyla bir çox şəkil, rəng və yer pozğunluqları rahatlıqla aradan qaldırılır. Gülüşün formalaşdırılması burada çox əhəmiyyətli bir funksiyadır.

Diş Ağartma (Bleaching)

Diş ağartma dişlərdə əmələ gələn rəng dəyişmələrini ağartma əməliyyatıdır. İki müxtəlif ağardıcı metoddan istifadə olunur. Bunlardan biri xəstənin özünün tətbiq etdiyi üsul (Home Bleaching), digəri isə həkimin klinikada tətbiq etdiyi üsuldur (Office Bleaching).

Keramik vinirlərin üstünlükləri nələrdir?

Kiçik bir müdaxilə ilə qısa müddətdə sağlam və təbii bir görünüş əldə edilir,
Dişinizdə yalnız dırnaq genişliyində bir boşluq açılması (hər zaman ehtiyac duyulmaya da bilər) kifayətdir,
Sağlam, rəngləri dəyişməyən və davamlı maddələrdən hazırlanır.

Vinirlər kimlərə tətbiq oluna bilməz?

Çənə qüsurları, dırnaq yemə, qələm dişləmə kimi pis vərdişləri, diş sıxma və gıcamada, irəliləmiş dərəcədə dişəti xəstəliyi olanlara tətbiq edilə bilməz. Bunlar xaricində vinirlər yaxşı bir ağız baxımıyla illərlə problemsiz olaraq istifadə edilə bilər.

Estetik stomatologiya

Estetik diş həkimliyində hədəf üzə uyğun, təbii görünüşlü süni dişlər yarada bilməkdir. Xəstədən alınan fotoşəkil və modellər üzərində dişlərin və diş ətlərinin estetik baxımdan problemli olan bölgələri bütün üz bölgəsi düşünülərək dəyərləndirilir, xəstənin estetik görünüşünün tənzimlənməsi ilə əlaqədar müalicənin planlanlaması başlayır.

Kanal müalicəsi mərhələləri

Diş canlıdırsa lokal anesteziya edilərək diş və ətraf toxumalardakı həssaslığın yox edilməsi.
Dişin Mina və Dentin qatlarındakı çürükləri təmizlənərək pulpaya boşluğun yaradılması.

AzerbaijanUSARussia