Pulpa necə iltihablanır?

Hər insanın ağız boşluğunda bakteriyalar var ki, istənilməyən şərtlər meydana gəlmədikcə, ağız boşluğuna zərər vermirlər. Bakteriyalar aldığımız bir çox qida ilə birləşərək ağzımızda turşuların əmələ gəlməsini təmin edir.  Bu turşular minaya zərər verir və mina qatında karies meydana gəlməsinə səbəb olur. Mina qatında əmələ gələn çürüklər müalicə olunmasa, mina təbəqəsinin altındakı dentin təbəqəsinə keçir. Dentin təbəqəsi ağrı yolu ilə bizi xəbərdar etməsinə baxmayaraq, karies yenə müalicə edilməzsə, bu dəfə mikroorqanizmlər pulpaya doğru hərəkət edir. Bu zaman pulpa özünü qorumaq üçün müxtəlif yollarla təsir etməyə başlayır. Bu yollardan biri də ağrı yolu ilə bizi xəbərdar etməkdir. Amma yenə də dişimizi müalicə etdirməsək, bir müddət sonra mikroorqanizmlər pulpa içindəki damar və sinirləri məhv edərək iltihabın meydana gəlməsinə səbəb olar. Pulpada iltihabın yaranmasının başqa yolu da zədələrdir. Dişə gələn bir zərbə, kök ucundan dişin kökünə daxil olan damar və sinirlərin qopmasına, beləcə dişin canlılığını itirməsinə səbəb ola bilər.

Paylaş:
AzerbaijanUSARussia