Sirkon qapaqlar və körpülər

Bu sistemdə ənənəvi qapaq və köprülərdəki keramikanın altında yer alan metal yerinə ağ rəngdə sirkon istifadə edilir. Görülən işlər nəticəsində estetik, möhkəmlik, toxuma uyğunluğu və təbiilik baxımından sirkon ilə ən yüksək performans əldə edildiyi göstərilmişdir. Sirkon dişlər orqanizmə bio uyğundur və təbii görünüşü təmin edir.

Son texnologiya sirkon dişlərin tətbiqi üçün əl bacarığı ilə kompüter texnologiyasını birləşdirmişdir. Klinikada götürülən ölçülər laboratoriyada xüsusi bir cihaz köməyi ilə oxunur. Bu məlumatlar cihazın şəkilləndirmə bölməsinə köçürülür, kompüter vasitəsi ilə sirkon qapaq və ya körpü hazırlanır.

Sirkon nələrdə istifadə edilə bilər?

  • İmplant üstü qapaqlarda və körpülərdə
  • Tək diş qapaqlarında
  • Uzun diş sırasını əhatə etməyən körpülərdə
Paylaş:
AzerbaijanUSARussia