Tək diş əskikliyi zamanı implant

Qonşu dişlərin sağlam olduğu hallarda tək bir diş əskikliyində qonşu təbii dişlərə heç bir müdaxilə və ya kiçiltmə əməliyyatı aparmadan implant ilə ideal dişlər əldə etmək mümkündür. Ön dişlərin olub, azı dişlərinin çəkilmiş olduğu hallarda da hərəkətli bir protezə gərək olmadan iki implant üzərinə üç diş yerləşdirilərək çeynəmə funksiyası sabit bir şəkildə bərpa oluna bilər.

Soldakı şəkildə diş çəkildiyi üçün boş qalmış bir diş qövsü görülməkdədir. Belə bir boşluğun müalicə edilməməsi gülmə zamanı estetik olaraq pis bir görünüşə, çeynəmə zamanı çətinliklərə və yaxşı çeynəməmək vəziyyətinə və sürətlənmiş sümük itkisinə səbəb olmaqdadır.

Ortadakı şəkildə diş əskikliyində ənənəvi körpü protezi istifadə olunmuşdur. Ənənəvi körpü protezi ilə estetik görüntü bərpa olunmuş, ancaq itirilmiş dişin önündəki və arxasındakı sağlam dişlər kiçildilmək məcburiyyətində qalmışdır. Bu tip protezlərdə körpünün altında sümük itkisi və dayaq dişlərdə çürük və diş itkisi riski göz ardı edilməməlidir.

Sağdakı iki şəkildə isə diş əskikliyində implant tətbiq olunduğunu görürük. İmplant diş sayəsində gülmə zamanı pis görüntü bərpa olunub, çeynəmə qabiliyyəti təkrar artıb, sağlam dişlər və çənə sümüyü qorunub və sümük əriməsinin qarşısı alınıb.

Paylaş:
AzerbaijanUSARussia