Vinir

Vinir

Lamina vinirlər

Bu texnikanın əsasını dişlərin yalnız ön səthlərindən az miqdarda maddə götürülərək estetik və toxuma uyğunlaşması yüksək olan, dırnaq qalınlığında, istənilən rəng və formada hazırlanan incə və yarı keçirici keramik laminaların dişə xüsusi üsullarla yapışdırılması təşkil edir. Keramik laminalar diş üzərindən toxuma götürülmədən də tətbiq edilə bilər. Dişdən yonulan toxumanın miqdarı 0,3-0,7 mm arasındadır. Dişlərin yonulması, ya da tamamilə kiçildilməsi aparılmır. Keramik vinirlərin hazırlanma müddəti təxminən 4 gündür.

Vinirlərin tətbiq edildiyi hallar aşağıdakılardır:

  • Ön dişlərdəki aralıqların bağlanılması
  • Qırıq və çürük dişlərin düzəldilməsi
  • Qalıcı bəyazlıq istənildikdə
  • Əyri dişlərdə

Vinirlər kimlərə tətbiq oluna bilməz?

Çənə qüsurları, dırnaq yemə, qələm dişləmə kimi pis vərdişləri, diş sıxma və gıcamada, irəliləmiş dərəcədə dişəti xəstəliyi olanlara tətbiq edilə bilməz. Bunlar xaricində vinirlər yaxşı bir ağız baxımıyla illərlə problemsiz olaraq istifadə edilə bilər. Çünki üstün xüsusiyyətlərə sahib olan keramikadan emal edilmişlər. Ləkələnmə və aşınmaya qarşı daha davamlıdır. Vinirlərin ömrünü uzatmaq üçün ağız baxımına diqqət etmək, həmçinin, çox sərt qidaları dişləməkdən və pis vərdişlərdən imtina etmək lazımdır.

Keramik vinirlərin üstünlükləri nələrdir?

  • Kiçik bir müdaxilə ilə qısa müddətdə sağlam və təbii bir görünüş əldə edilir,
  • Dişinizdə yalnız dırnaq genişliyində bir boşluq açılması (hər zaman ehtiyac duyulmaya da bilər) kifayətdir,
  • Sağlam, rəngləri dəyişməyən və davamlı maddələrdən hazırlanır.
  • Diş üzərində ya heç bir dəyişiklik edilməz, ya da az bir düzəltmə ilə nəticə əldə oluna bilər.
  • Qəhvə, çay, siqaret kimi xarici faktorlarla rəngi dəyişməz.
  • Aşınmaya qarşı müqaviməti yüksəkdir.
Paylaş:
AzerbaijanUSARussia